Uğurlu karyeranın təməli

Qərb Universitetinin Kolleci “Vergi və vergitutma” ixtisası üzrə kadr hazırlayacaq

İxtisasın xarakteristikası:

Bazar şəraitində iqtisadiyyatın tənzimlənməsi və dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində vergi orqanları həlledici rol oynayırlar.
“Vergi və vergitutma” ixtisası üzrə kolleci müvəffəqiyyətlə bitirənlər subbakalavr dərəcəsi almaqla vegi orqanlarında, auditor palatalarında, eləcə də xalq təsərrüfatının müxtəlif sahələrində işləyə bilərlər.
Kollecin məzunları Qərb Universitetində təhsillərini davam etdirmək üçün müəyyən güzəşt və imtiyazlardan istifadə hüququ da əldə edirlər.