Uğurlu karyeranın təməli

Qərb Universitetinin Kolleci "Maliyyə" ixtisası üzrə kadr hazırlayacaq

İxtisasın xarakteristikası barədə:

040402 – “Maliyyə işi” ixtisasının xarakteristikası

Hazırda bütün dünyada baş verən qlobal iqtisadi böhran şəraitində yüksək ixtisaslı maliyyə işçilərinə xüsusi ehtiyac vardır. Məhz buna görə də Azərbaycanda “Maliyyə işi” ixtisası üzrə orta pillə kadrlar hazırlığı da mühüm əhəmiyyət kəsb edir.

“Maliyyə işi” ixtisaı üzrə təhsil müddəti ümumi orta təhsil bazasından 2 il, 10 ay, tam orta təhsil bazasından 1 il, 10 aydır. 
Kollecdə sözügedən ixtisas üzrə təhsil alanlar Qərb Universitetində güzəştli şərtlərlə təhsillərini davam etdirmək hüququna malikdirlər. 
Məzunlar maliyyə şöbələrində, ayrı-ayrı özəl və dövlət müəssisələrində maliyyəçi və iqtisadçı çalışa bilərlər.