Uğurlu karyeranın təməli

Qərb Universitetinin Kolleci "Mühasibat uçotu" ixtisası üzrə kadr hazırlayacaq

İxtisasın xarakteristikası barədə:

040401 – Mühasibat uçotu ixtisasının xarakteristikası


Bazar iqtisadiyyatı şəraitində müasir İKT-larından istifadəni bacaran uçot işçilərinə böyük tələbat vardır.

Mühasibat uçotu ixtisası üzrə təhsil müddəti ümumi orta təhsil bazasından 2 il, 10 ay, tam orta təhsil bazasından 1 il, 10 aydır.
Kolleci müvəffəqiyyətlə bitirən tələbələrə subbakalavr ixtisas dərəcəsi verilir. İxtisasa yiyələnən tələbələr mülkiyyət formasından asılı olmayaraq xalq təsərüffatının müxtəlif sahələrində mühasib, uçot işçisi və s. vəzifələrdə çalışa bilərlər.

Kolleci bitirənlər Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirə bilərlər. Bu zaman onlar bir sıra üstünlüklər əldə edirlər.