Uğurlu karyeranın təməli
Bank işi
Ana səhifə  /  Bank işi
Bank işi

Proqram: “Bank işi” ixtisası üzrə subbakalavr

 

Müddət: 2 il, 10 ay (ümumi orta təhsil bazası – 9 illik); 1 il, 10 ay (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 600 AZN

Təlim dili: azərbaycan

 

Bazar iqtisadiyyatı şəraitində təsərrüfat subyektlərinin maliyyə resurslarına olan tələbatının ödənilməsində bankların xüsusi rolu vardır. Müasir dövrdə yüksək ixtisaslı bank işçilərinə tələbat günbəgün artmaqdadır. Bu səbəbdən Qərb Universitetinin Kollecində də “Bank işi” ixtisası üzrə 2017/2018-ci tədris ilindən tələbə qəbulu başlanır.

Tələbələr bank balansının məzmunu və quruluşunu, hesablar planını, milli və xarici valyuta ilə əməliyyatların uçotunu, kassa əməliyyatlarını, bankdaxili və banklararası əməliyyatların uçotunu, beynəlxalq hesablaşmaların uçotunu öyrənir, banklarda uçotun avtomatlaşdırılması və kompüterləşdirilməsi, sənəd dövriyyəsinin təşkili, bank hesabatlarının tərtib edilməsi bacarığına sahib olurlar.

“Bank işi” ixtisası üzrə kolleci bitirənlər banklarda, maliyyə idarələrində, eləcə də firma və şirkətlərdə bank işçisi, xəzinədar və digər vəzifələrdə çalışa bilərlər.

Kollecin məzunlarına Qərb Universitetində müvafiq ixtisas üzrə ali təhsil almaq üçün bir sıra güzəştlər də nəzərdə tutulur.