Uğurlu karyeranın təməli
Dizayn
Ana səhifə  /  Dizayn
Dizayn

Proqram: “Dizayn” ixtisası üzrə subbakalavr

 

Müddət: 4 il (ümumi orta təhsil bazası – 9 illik); 3 il (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 500 AZN

Təlim dili: azərbaycan

 

 

Təhsil aldıqları dövrdə tələbələrə əmək bazarında rəqabətə davam gətirə bilən mütəxəssis hazırlığı üçün yüksək səviyyədə peşə kompetensiyaları verilir.

Tələbələr həndəsi fiqur və cismlərin qurulmasını, kölgə quruluşunun nəzəri əsaslarını, təsviri incəsənətin, dizaynın əsas inkişaf mərhələlərini, iqtisadi fəaliyyətin müxtəlif sahələrində dizaynın müasir vəziyyətini öyrənir, müxtəlif qrafik üsullardan istifadə etməklə naturadan rəsmlər çəkməyi, həndəsi cismlərin, məişət əşyalarının və insan fiqurlarının xətti-konstruktiv rəsmlərini yaratmaq bacarığına malik olurlar.

“Dizayn” ixtisasını bitirən məzunlar mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı sahələrdə dizayner, tərtibatçı və s. vəzifələrdə çalışa bilərlər.

Təhsillərini Qərb Universitetində davam etdirənlərə müəyyən güzəşt və imtiyazlar nəzərdə tutulmuşdur.