Uğurlu karyeranın təməli
Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
Ana səhifə  /  Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti
Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti

Proqram: “Kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti” ixtisası üzrə subbakalavr

 

Müddət: 3 il (ümumi orta təhsil bazası – 9 illik); 2 il (tam orta təhsil bazası – 11 illik)

 

Təhsil forması: əyani

İllik təhsil haqqı: 500 AZN

Təlim dili: azərbaycan

 

Yaşadığımız 21-ci əsrdə kompüter və informasiya-kommunikasiya texnologiyaları həyatımızın bütün sferalarına nüfuz etmiş, məişətimizin ayrılmaz tərkib hissəsinə çevrilmişdir.

Azərbaycan əhalisinin əksəriyyəti internet istifadəçisidir. Hesablama texnikası və kompüter şəbəkələrinin istismarı zamanı yaranan müəyyən nasazlıqların aradan qaldırılması, veb saytların yaradılması və digər texniki servislər üçün bu sahənin mütəxəssislərinə ciddi ehtiyac yaranır.

Ölkədə belə xidmətlərin müasir tələblər səviyyəsində həyata keçirilməsi məqsədilə Qərb Universiteti Kollecində kadr hazırlığı planlaşdırılır. Tələbələr verilənlər bazasının idarəetmə sistemlərini, alqoritmləşdirilmənin əsaslarını, əsas alqoritmik konstruksiyaları, proqramlaşdırma dillərinin inkişafını, fərdi kompüterlərin tərkibi və komponovkasını mənimsəyir, video sistemin, informasiya daşıyıcılarının, lazımi periferiya qurğularının qoşulması, sazlanması və birləşdirilməsi, kompüter proqramlarını yükləmək və digər bacarıqlar əldə edir.

Yuxarıda qeyd olunan ixtisası bitirən məzunlar sistem adminstratoru, texniki xidmət mütəxəssisi vəzifələrində çalışa bilərlər.