Uğurlu karyeranın təməli
Maliyyə işi
Ana səhifə  /  Maliyyə işi
Maliyyə işi

Proqram: “Maliyyə işi” ixtisası üzrə subbakalavr

 

Müddət: 2 il, 10 ay (ümumi orta təhsil bazası – 9 illik); 1 il, 10 ay (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 600 AZN

Təlim dili: azərbaycan

 

Hazırda bütün dünyada baş verən qlobal iqtisadi böhran şəraitində yüksək ixtisaslı maliyyə işçilərinə xüsusi ehtiyac vardır. Məhz buna görə də Azərbaycanda “Maliyyə işi” ixtisası üzrə orta pillə kadr hazırlığı mühüm əhəmiyyət kəsb edir.

Təhsil alanlar müasir maliyyə sistemlərinin fəaliyyət istiqamətlərini, maliyyə münasibətlərinin ölkə iqtisadiyyatında rolunu, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, maliyyə nəzarəti və auditin mahiyyətini mənimsəyirlər.

Məzunlar maliyyə şöbələrində, ayrı-ayrı özəl və dövlət müəssisələrində maliyyəçi və iqtisadçı, audit işçisi və s. vəzifələrdə çalışa bilərlər.

Kollecdə sözügedən ixtisas üzrə təhsil alanlar Qərb Universitetində güzəştli şərtlərlə təhsillərini davam etdirmək hüququna malikdirlər.