Uğurlu karyeranın təməli
Mühasibat uçotu
Ana səhifə  /  Mühasibat uçotu
Mühasibat uçotu

Proqram: “Mühasibat uçotu” ixtisası üzrə subbakalavr

 

Müddət: 2 il, 10 ay (ümumi orta təhsil bazası – 9 illik); 1 il, 10 ay (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 600 AZN

Təlim dili: azərbaycan

 

Bazar iqtisadiyyatı şəraitində müasir İKT-larından istifadəni bacaran uçot işçilərinə böyük tələbat vardır.

Sözügedən ixtisas üzrə təhsil alanlar mühasibat uçotunun mahiyyətini, mühasibat balansını, statistik məlumatları, hesabat hazırlamağı, onları təhlil etməyi öyrənirlər.

İxtisasa yiyələnən tələbələr mülkiyyət formasından asılı olmayaraq xalq təsərrüfatının müxtəlif sahələrində mühasib, uçot işçisi və s. vəzifələrdə çalışa bilərlər.

Kolleci bitirənlər Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirə bilərlər. Bu zaman onlar bir sıra üstünlüklər əldə edirlər.