Uğurlu karyeranın təməli
Poliqrafiya istehsalatının texnologiyası
Ana səhifə  /  Poliqrafiya istehsalatının texnologiyası
Poliqrafiya istehsalatının texnologiyası

 

Bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq ölkəmizdə çap məhsullarına tələbat xeyli artmışdır. Bu sahədə kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə Azərbaycanda ilk dəfə olaraq Qərb Universitetində “Poliqrafiya istehsalatının texnologiyası” ixtisası üzrə 2017/2018-ci tədris ilində həm bakalavr, həm də subbakalavr səviyyəsində kadr hazırlığı planlaşdırılmışdır. Sözügedən ixtisas üzrə məzunlar mülkiyyət formasından asılı olmayaraq çap istehsalı ilə məşğul olan şirkətlərdə və nəşriyyatlarda uyğun vəzifələrdə işləyə bilərlər.

Əmək bazarında qeyd olunan mütəxəssislərə tələbat daim artmaqdadır.

Təhsil müddəti ümumi orta təhsil bazasından (9 illik) 3 il, tam orta təhsil bazasından (11 illik) 2 ildir.

İllik  təhsil haqqı 500 AZN təşkil edir.