Uğurlu karyeranın təməli
Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə
Ana səhifə  /  Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə
Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə

Proqram: “Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə” ixtisası üzrə subbakalavr

 

Müddət: 4 il (ümumi orta təhsil bazası – 9 illik); 3 il (tam orta təhsil bazası – 11 illik)

 

Təhsil forması: əyani

İllik təhsil haqqı: 500 AZN

Təlim dili: azərbaycan

 

Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrdə ekologiyanın və ətraf mühitin mühafizəsi ümumbəşəri problemə çevrilmişdir. Bu problemin həlli yüksək ixtisaslı kadrlara, o cümlədən, orta pillə kadrların hazırlanmasına xüsusi ehtiyac yaradır.

Azərbaycan Respublikasında orta ixtisas müəssisələri arasında bu tələbin ödənilməsinə xüsusi töhfə vermək məqsədilə Qərb Universiteti nəzdindəki kollecdə “Ətraf mühitin qorunması və təbii sərvətlərdən istifadə” ixtisası üzrə tələbə qəbulunun həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Təhsil dövründə tələbələr ekoloji audit və ekoloji ekspertizanın nəzəri əsaslarını, prinsip və metodlarını, normativ-texniki sənədləri, monitorinqin növlərini və s. öyrənir, ətraf mühit obyektləri nümunələrinin kimyəvi analizlərini aparmaq, yaranan ekoloji şəraiti analiz etmək, qiymətləndirmək və s. bacarıqlara yiyələnir

Sözügedən ixtisas üzrə kollecin məzunları arzularından asılı olaraq təhsillərini Qərb Universitetində davam etdirə və ya ixtisasları üzrə təbiəti mühafizə müəssisələrində, sənaye təşkilatlarında, kimya laboratoriyalarında, qoruqlarda uyğun vəzifələrdə çalışa bilərlər.