Uğurlu karyeranın təməli
Turizm və onun təşkili
Ana səhifə  /  Turizm və onun təşkili
Turizm və onun təşkili

Proqram: “Turizm və onun təşkili” ixtisası üzrə subbakalavr

 

Müddət: 3 il (ümumi orta təhsil bazası – 9 illik); 2 il (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 600 AZN

Təlim dili: azərbaycan

 

Azərbaycan son illərdə turizm ölkəsinə çevrilmişdir. Məhz bununla əlaqədar olaraq turistlərə yüksək səviyyəli turizm xidmətləri göstərilməsi günün vacib tələblərindən biridir.

“Turizm və onun təşkili” ixtisasını bitirən məzunlar təhsil aldıqları müddətdə aşağıdakı peşə kompetensiyalarına yiyələnir:

- turizm xidməti üzrə tərəflərlə danışıqlar aparılmasını təşkil edir;

- turizm məhsulunun alınması üçün müştəri axtarışı tədbirlərini həyata keçirir;

- ekskursiya metodiki və arayış informasiya materiallarını toplayır, sistemləşdirir;

- turların dəyərinin müəyyənləşdirilməsində iştirak edir;

- turizm üzrə informasiyaların axtarışı, yığılması və təhvilini həyata keçirir.

Məzunlar turizm, sağlamlıq, mehmanxana, restoran təsərrüfatlarında – Azərbaycanda turizmin bütün sahələrində, elm və təhsil sistemində, nəqliyyat müəssisə və təşkilatlarında menecer, inzibatçı, bələdçi və s., dövlət idarəetmə orqanlarının bütün səviyyələrində ixtisaslarına uyğun vəzifələrdə işləyə bilərlər.

Kollec məzunları güzəştli şərtlərlə Qərb Universitetində ixtisasları üzrə təhsillərini davam etdirə bilərlər.