Uğurlu karyeranın təməli
Vergi və vergitutma
Ana səhifə  /  Vergi və vergitutma
Vergi və vergitutma

Proqram: “Vergi və vergitutma” ixtisası üzrə subbakalavr

 

Müddət: 2 il, 10 ay (ümumi orta təhsil bazası – 9 illik); 1 il, 10 ay (tam orta təhsil bazası – 11 illik)

 

Təhsil forması: əyani

İllik təhsil haqqı: 600 AZN

Təlim dili: azərbaycan

 

Bazar şəraitində iqtisadiyyatın tənzimlənməsi və dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində vergi orqanları həlledici rol oynayırlar.

Təhsil dövründə tələbələr vergi sisteminin mahiyyətini, prinsip və metodlarını, vergi münasibətlərinin ölkə iqtisadiyyatında rolunu, vergi nəzarəti və auditin mahiyyətini, vergi subyektlərinin hüquq və vəzifələrini öyrənir, vergi fəaliyyətinin nəticələrini təhlil edir, nəticə çıxarmağı, təkliflər verməyi, vergi nəzarəti yoxlaması və audit nəticələri üzrə yekun sənədlərin hazırlanması, nəzarət tədbirləri və onun rəsmiləşdirilməsi bacarığına malik olurlar.

“Vergi və vergitutma” ixtisası üzrə kolleci müvəffəqiyyətlə bitirənlər vergi orqanlarında, auditor palatalarında, eləcə də xalq təsərrüfatının müxtəlif sahələrində iqtisadçı, uçot işçisi, auditor və s. vəzifələrdə işləyə bilərlər.

Kollecin məzunları Qərb Universitetində təhsillərini davam etdirmək üçün müəyyən güzəşt və imtiyazlardan istifadə hüququ da əldə edirlər.