Uğurlu karyeranın təməli
Yer quruluşu və torpaq müfəttişliyi
Ana səhifə  /  Yer quruluşu və torpaq müfəttişliyi
Yer quruluşu və torpaq müfəttişliyi

Proqram: “Yer quruluşu və torpaq müfəttişliyi” ixtisası üzrə subbakalavr

 

Müddət: 3 il, 10 ay (ümumi orta təhsil bazası – 9 illik); 2 il, 10 ay (tam orta təhsil bazası – 11 illik)

Təhsil forması: əyani

İllik təhsil haqqı: 500 AZN

Təlim dili: azərbaycan

 

Hazırda ölkənin əmək bazarında aqrar sahə üzrə mütəxəssislərə ciddi ehtiyac hiss olunur.

“Yer quruluşu və torpaq müfəttişliyi” ixtisası üzrə təhsil alan tələbələr xəritələrin oxunmasını, texniki xəritəçəkmədə və planaalmada onlardan istifadə etməyi, yer quruluşu və torpaq ehtiyatlarının proqnozlaşdırılmasını, torpaq münasibətləri və torpaqdan istifadə haqda məlumatları, torpaqdan istifadə hüququ verən dövlət aktının tərtibini, növbəli əkinin tip və növlərini, dənli, texniki və xüsusi təyinatlı bitkilərin növbəli əkinlərinin seçilməsi və təyin edilməsini, dövlət aqrar siyasətində yer quruluşunun rolunu, respublikada kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə yollarını və s. mənimsəyir, yerin quruluşu və relyefini, torpağın tədqiqi işinin mahiyyətini, prinsiplərini, layihə, ölçmə, tərtibat və sənədlərin hazırlanma qaydalarını həyata keçirməyi və s. bacarıqlar əldə edir.

Qərb Universiteti kollecində “Yer quruluşu və torpaq müfəttişliyi” ixtisasını bitirən məzunlar mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn müxtəlif istehsal sahələrində – təşkilatlar, idarələr, birliklər, torpaq kadastr və layihə işlərində, Dövlət Torpaq Komitəsi, Dövlət Yer quruluşu və Layihə İnstitutlarında, yerli torpaq müfəttişliyi orqanlarında torpaq ölçən, torpaq müfəttişi və digər vəzifələrdə işləyə bilərlər.